İRƏLİ IT Dept (2005-2008)

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı tarixində ən fəal və mehriban kollektivin hansı olduğunu soruşsanız bir çoxları “IT Departament” deyə cavab verəcəkdir və bu doğurdan da belədir. İRƏLİ Hərəkatı mövcud olduğu 2005-ci ildən 2008-ci ilə qədər IT Dept hər zaman birinci olmuşdur. İstər Hikmət Hüseynovun, istər Rauf Mərdiyevin, istərsə də Fərid Həsənovun depatamentə rəhbərlik etdiyi vaxtlarda bizim komanda hər zaman digərlərindən bir addım öndə olmuşdur. Burada statistika ilə başınızı ağrıtmaq və ya biz nələr etmişik sualına cavab vermək niyyətində deyilik. Bizim fəaliyyətimiz və etdiklərimiz, Azərbaycana gətirdiyimiz ilklərimizin reklama ehtiyacı yoxdur. Biz bunları nəyinsə xatirinə etmədik. Biz bunları işimizi sevdiyimiz üçün, hədəfimizin olduğu üçün, Azərbaycanımız üçün etdik…

…və illər keçəcək. Hər kəsin öz həyatı başlayacaq. Yeni təəssüratlat, yeni qayğılar. Amma IT Dept üzvlərini dünyanın harasında olsalar tapsanız və “sən IT Dept-də olmusan?” soruşsanız  o fəxrlə və sevinclə sizə “Bəli, mən ITşnik idim” deyə cavab verəcəkdir.

IT Dept bizim ömrümüzün sonuna kimi unuda bilməyəycəyimiz bir mərhələdir. Hər birinizə təşəkkürlər.

Bütün IT Dept üzvləri adından (2005-2008)

Noyabr 29, 2009 at 12:24 səhər Bir şərh yazın

Qrafik dizayna marağı olan şəxslərin nəzərinə !

Qrafik dizayna marağı olan şəxslərin nəzərinə !
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası TGT və Azerfoto İnformasiya Agentliyinin dəstəyi ilə ” Həmrəylik günü” -nə həsr olunmuş “Azərbaycan” mövzusunda lll divar kagızı ( wallpaper ) müsabiqəsinə start verir. Müsabiqədə arzu edən hər bir kəs iştirak edə bilər. Müsabiqənin shərtləri :
– Hər bir iştirakçı müsabiqəyə maksimum 3 əsərlə qatıla bilər
– Təqdim olunan işlər 1280 x 1024 piksel ( 300 res. ) ölçüdə və JPG formatında olmalıdır
– Müəllif hüquqlarının təminatı kimi təqdim olunan işlər onların hazırlandıqları proqramların formatında saxlanılaraq göndərilməlidirlər (PSD, CDR ve s. )
Təqdim olunmuş əsərlər, pəşəkar münsiflər tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən olunacaqdır. Qaliblər hədiyyələr və diplom, digər iştirakçılar isə sertifikatlarla təltif olunacaqlar.Bütün teqdim olunmuş əsərlər ” Həmrəylik günü”-nə həsr olunmuş sərgidə nümayiş olunacaq, onların “AZERFOTO”-da yayımlanması təşkil olunacaq, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət CD-lər dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, xaricdə fealiyyət göstərən diaspora təshkilatlarına paylanılacaqdır.
İşlərinizi dekabr ayının 24-dən gec olmamaq şərti ilə
wallpaper_az3@yahoo.com ünvanına göndərin !
http://www.azerphoto.com/index.php?Cid=11
www.raufray.wordpress.com

Noyabr 30, 2008 at 3:08 axşam Bir şərh yazın

22 noyabr tarixində İrəli Ü.G.H-nin tərkibindəki İnformasiya Texnalogiyaları Departamenti öz növbəti iclasını keçirtdi

Bu iclasda da ənənəvi olaraq bir çox məsələlər müzakirə olundu. İlk öncə müzakirə olunan məsələ İREX-in dəstəyi nəticəsində İT departamentinin təşkilatçılığıyla təşkil olunan İrəli üzvləri üçün nəzərdə tutulmuş pulsuz ” Photoshop” kurslarının hesabatı ilə bağlı oldu. Belə ki, təşkil olunmuş kurslar uğurla başa çatdırıldı. Treyninq iştirakçılar tərəfindən çox bəyənildi .İlk dərslərdə əsasən photoshop haqqında nəzəri biliklər, daha sonra layer-lər,tools-lar,filter-lər və müəyyən effektlər haqqında ətraflı məlumat verildi. 12 nəfərdən ibarət iştirakçı heyyəti, 10 dərsdən sonra normal “Photoshop” biliklərinə sahib oldu.
İkinci müzakirə olunan məsələ isə ” Hardware” və daha sonra təşkil olunacaq “HTML” treyninqəri ilə bağlı oldu. Bu treyninqlərin İT departamenti tərəfindən İrəli üzvləri üçün keçirilməsi nəzərdə tutulub. İştirak etmək istyənlər artıq qeydiyatdan keçiblər və gələn həftə sonundan etibarən treyninqlərə start vermək nəzərdə tutulub.
Bundan əlavə digər müzakirə olunan məsələ İnformasiya Texnalogiyaları Departamentinin təşəbbüsü və təşkilatçılıgı,eləcə də, Tələbə Gənclər Təşkilatının dəstəyi ilə keçiriləcək ” Həmrəylik Gunu”-nə həsr olunmuş, “Azərbaycan” mövzusunda təşkil olunacaq Wallpaper müsabiqəsi ilə bağlı oldu. Yaxın günlərdə bu haqqında ətraflı məlumat veriləcəkdir.

Noyabr 24, 2008 at 10:11 axşam Bir şərh yazın

8 noyabr İrəli U.G.H-nin tərkibindəki İnformasiya Texnalogiyaları Departamenti novbəti iclasını keçirtdi.

İclasda müzakirə olunan məsələlər əsasən, departamentin yeni lahiyyələri ilə baglı oldu.
Belə ki, İT departamenti artıq fəaliyyətini daha da genişləndirməyi planlasdırır. Bununla əlaqədar, departament yalnız hərəkat daxilində yox, elecə də regionlarla işləməyi də nəzərdə tutub. Departament, yetişdirdiyi və ərsəyə gətirdiyi treynerlərin köməyi ilə, regionda təhsil alan və yaşayan gəncləri, minimum kompüter bilikləri , internet, ondan istifadə qaydaları, axtarış sistemləri və s. ilə maarifləndirməyi planlaşdırır. Bu da əlimizdən gəldiyi qədər ölkədə kompüter savadsızlıgına son qoymağa bilavasitə təkan olacaq. Gələcəkdə də bu tip tədbirlərin geniş miqyasda keçirilməsi nəzərdə tutulub.
Daha sonra, Departamentin gələcək fəaliyyəti ilə baglı planlar müzakirə olundu və üzvlər tərəfindən yeni təkliflər olundu. Bu təkliflər müzakirə olundu və onlara yenidən baxılacığı qərarə alındı.

Noyabr 13, 2008 at 7:24 axşam Bir şərh yazın

18 oktyabr tarixində İrəli ÜGH-nın teərkibində fəaliyyət göstərən İnformasiya texnalogiyaları departamenti növbəti iclasını keçirtdi.

18 oktyabr tarixində İrəli ÜGH-nın teərkibində fəaliyyət göstərən İnformasiya texnalogiyaları departamenti növbəti iclasını keçirtdi.
İlk əvvəl iclasda müzakirə olunan məsələ departamentin tərkibində yaradılan strukturla bağlı oldu. Bildiyiniz kimi, İT departamenti daimi və müvəqqti üzvlərdən ibarətdir. Bu strukturda bəzi dəyişikliklər aparıldı. Belə ki, müvəqqəti üzvlər sırasında olan Ziya Hacili ve Yeganə Qələndərovanın, departament tərkibində göstərdikləri aktiv fəaliyyətlərini nəzərə alaraq onları daimi üzvlər sırasına keçirilməyi qərarı alındı.
Bundan əlavə müzakirə olunan məsələlərdən biri de İT departamentinin Vətənpərvərlər klubu ilə uşaq evləri ilə bağlı birgə lahiyyəsi oldu.İT departamentinin bu lahiyyədəki iştirakı Uşaq evlərində kompyuter kurslarının təşkil edilməsi ilə bağlıdır. Bu kurslar tərkibində uşaqlara ilkin kompyuter bilikləri, daha sonra ofiss proqramlarının keçirilməsi nəzərdə tutulub. Kurslarda treyner kimi iştirak edecək departament üzvləri artıq müəyyən edilib və iş bölgüsü aparılıb.
Daha sonra muzakirə yeni treyniqlarla bağlı oldu. Beləliklə İT departamenti İrəli üzvləri üçün Photoshop və Hard Ware treyninlarını təşkil etməyi planlaşdır. Treyninqların vaxtı isə hələ dəqiq deyil.
Daha sonra departamentin fəaliyyəti ilə bağlı gələcək planlar müzakirə olundu.

Oktyabr 20, 2008 at 8:13 axşam Bir şərh yazın

“Gənclik və İT- prespektivləri və problemləri” mövzusunda dəyirmi masa keçirildi.

İrəli ÜGH-nın tərkibindəki İT departamentinin təşəbbüsü və təşkilatçılığı ilə 14 avqust tarixində “Gənclik və İT- prespektivləri və problemləri” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada İT departamentinin üzvlərindən əlavə Barcamp-çılar və Azərbaycan İnternet Forumunun direktoru Osman Gündüz də qonaq qismində iştirak edirdi. Masanın təşkil olunmasında əsas məqsəd probləmlərin müəyyən olunması və onların həlli yollarını tapmaq idi. Diskusiya zamanı bir çox problemlərin mövcudluğu ortaya çıxdı ki, bunlardan ən başlıcası müasir gəncliyin böyük bir qisminin İT sahəsinə dair heç bir biliyə malik olmamasıdır. Bunun isə başlıca səbəbi kimi maarifləndirmənin düzgün aparılmaması, dərs vəsaitinin azlığı və İT sahəsində yeni müəllim kadrlarından istifadə edilməməsi göstərildi. Ümumilikdə isə, bu məsələdə uğur əldə etmək üçün, gənclərdən ibarət könüllü dəstələrin yaradılması təklifi irəli sürüldü.Həmin könüllü treynerlər ki, universitetlərdə, məktəblərdə və digər tədris ocaqlarında gənclərin İT sahəsində maarifləndirilməsinə köməklik göstərəcəklər .Bu da iştirakçılar tərəfindən çox gözəl qarşılandı.
Bundan əlavə günümüzdə mövcud olan və istifadə etdiyimiz İnternet provayderlərinin iş fəaliyyətlərinin zəifliyindən, qiymətlərinin yüksək olmasına baxmayaraq keyfiyyətlərinin aşağı səviyyədə olmasından danışıldı.
Ümumilikdə isə diskusiyadan belə qənaitə gəlindi ki, günümüzün İT sahəsindəki əsas problemləri aşağıdakılardır:1. Maarifləndirmə
2. İnternetə çıxış
3. Konkret resurs məsələsi
4. Tədbiqin gücləndirilməsi məsələsi
5. Analitik ictimai institusiya
6. İT sayəsinə aid yeni kadrların yetişdirilməsi
Bunların isə həlli yolu ictimaiyi nəzarətin gücləndirilməsidə və icraçılara təziq edilməsində görüldü. Sonda belə dəyirmi masaların tez-tez keçirilməyi təklif olundu.

Sentyabr 13, 2008 at 1:43 axşam Bir şərh yazın

23 avqust tarixində İrəli ÜGH-nın tərkibindəki İnformasiya Texnalogiyaları Departamenti öz növbəti iclasını keçirtdi

23 avqust tarixində İrəli ÜGH-nın tərkibindəki İnformasiya Texnalogiyaları Departamenti öz növbəti iclasını keçirtdi. Bu iclasda əsasən yeni lahiyyələr haqqında təkliflər irəli sürüldü. Həmin təkliflərin də müzakirəsi aparıldı.
Bildiyiniz, kimi departamentin daxilində artıq formalaşmış İT sahəsi üzrə treynerlər yetişdirilib.Təkliflərdən biri də, bununla bağlı oldu. Belə ki, həmin treynerlər tərəfindən sentyabr ayının artıq ilk həftəsindən başlayaraq, arzu edənlərə ofis proqramlarının keçirilməsi nəzərdə tutulub.
Digər bir teklif isə Lahiyyələr Departamenti tərəfindən gəldi. Belə ki, həmin adı çəkilmiş departamentin təşkilatçılığı ilə yaxın həftələrdə, İT deprtamentinin üzvlərinə ” Lahiyyələrin yazılışı və idarə edilməsi” treyninqının keçirilməsi nəzərdə tutulur.
Digər bir təklif isə İT departamenti tərəfindən elektron kitabxananın yaradılması ilə bağlı oldu. Bir çox kitabların çətin əldə edildiyini, satışda olmadıqlarını nəzərə alaraq, yaradılacaq bu kitabxananın sayəsində hər kəsin işinin daha da yüngülləşəcəyi düşünülür. Bu kitabxana sırf İT sahəsinə aid edilməyəcək . Kitabxanaya bütün sahələrə aid kitabların, habelə yerli vəya xarici yazıcıların nəşirlərinin yerləşdirilməsi nəzərdə tutulub. Yaxın günlərdə artıq elektron kitabxananın yaradılması ilə bağlı işlərin aparılmasına start veriləcək.

Avqust 25, 2008 at 3:34 axşam Bir şərh yazın

29 iyul tarixində İRƏLİ ÜGH-nin İT departamenti öz üzvlərinə növbəti treyninqlarından birini keçdi.

29 iyul tarixində İT departamenti öz üzvlərinə növbəti treyninqlarından birini keçdi.Bu treyninq departamentin üzvlərinin çox saylı xahişini nəzərə alaraq təşkil edilmişdi. Treyninq ” Hard Ware”-ya ilə bağlı oldu.Bildiyiniz kimi, “Hard Ware” kompyuterin daxili hissələrini öyrənir. Üzvlər “Hard Ware” ilə bağlı bilmədikləri,lakin cox maraqlandıqları bir çox yeni məlumatla maarifləndilər. Treyninqda departamentin daimi üzvlərinin demək olar ki, əksəriyyəti iştirak edirdi. Treyninq üzvlər tərəfindən böyük maraqla qarşılandı.”Hard Ware” treyninqı büro üzvü Hikmət Hüseynov tərəfindən keçirildi. Treyninqın sonunda üzvlər onları maraqlandıran suallara cavab tapdılar. Bu da, treyninqın uğurlu nəticələnməsinin göstəricisidir. Gələcəkdə də bu tip treyninqların təşkili nəzərdə tutulub.

İyul 31, 2008 at 10:08 səhər 1 şərh

21 iyul İRƏLİ ÜGH-nin İT Departamenti növbəti iclasını keçirtdi

21 iyul İT Departamenti növbəti iclasını keçirtdi. Azərbaycan Dövlət İqtisad Universitetində imkansız uşaqlara komputer dərsi keçmək üzrə danışıldı.Windows və Word proqramlarını öyrətmək… Bu dərslər cəmi 10 gün olacaq, həftədə 5 gün, 2 həftə olmaqla keçiləcək. Səhər saat 10:30-da başlayacaq dərs, 15:00-a qədər davam edəcək. Saat 13:00-da nahar olacaq.Çox maraqlı dərslər keçəcək. Təbii ki bu da İT Departamentinin növbəti uğurudur.

İyul 23, 2008 at 12:33 axşam Bir şərh yazın

19 iyul tarixində İRƏLİ ÜGH-nin İnformasiya Texnalogiyaları departameti öz növbəti iclasını keçirtdi.

19 iyul tarixində İnformasiya Texnalogiyaları departameti öz növbəti iclasını keçirtdi.
Bu iclasda da digərlərində olduğu kimi bir çox məsələlər müzakirə olundu. İlk əvvəl “Mea Culpa” “Confession of Armenian elite” adlı kitabın sayt verisyasının hazırlanması ilə bağlı müzakirələr aparıldı. İT departamentinin üzvlərinə saytın yığılması ilə bağlı tapşırıqlar verildi.
İkinci muzakire olunan mesele ise “İREX”-ın təklif etdiyi “Web desing” və “Wikipediya” treyninqləri ilə bağlı oldu. Artıq treyninqlərdə iştirak edəcək üzvlərin siyahısı müəyyən olundu.Yaxın günlerde derslere başlanacaq.
Bundan elave yaxın günlərdə İT deprtamentinin üzvlərinin xahişi ilə həmin departamentin üzvlər üçün “Hardware” treyninqlarına başlanacaq. Bu treyninqlar Hikmət Hüseynov tərəfindən keçiriləcək. Treyninqlərin dəqiq tarixi müəyyən olunmayıb.

İyul 21, 2008 at 1:33 axşam Bir şərh yazın

Older Posts


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

Blog Stats

  • 5. 236 hits