Archive for İyun, 2008

ALT+F4 AVT-ni bağladı

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

15 iyun. Bu gün İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının 8-26 İyun – Silahlı Qüvvələr gününə həsr edilmiş Futbol Çempionatının növbəti turunda İnformasiya Texnologiyaları Departamentinin ALT+F4 komandası Asudə vaxtın təşkili departamentinin AVT komandası ilə üz-üzə gəlmişdir. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən görüş, gözlənildiyi kimi ALT+F4 komandasının 6:3 hesablı qələbəsi ilə başa çatmışdır. Rəqib komandanın qapısından topları Anar ( 3 qol ), Rövzət, Fərid Həsənov və Rauf Mərdiyev keçirmişlər.

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

Komandanın növəti oyunu ayın 18-i Xronika komandası ilə olacaqdır.

Advertisements

İyun 15, 2008 at 12:29 səhər 1 şərh

ALT+F4 4:8 Bravo

Keçən həftə ALT+F4 və Bravo komandaları üz-üzə gəldilər.ALT+F4 komandası gərgin keçən oyun nəticəsində 4:8 hesabı ilə məğlub oldu.Lakin onu demək yerinə düşərdiki əsas qələbə qazanmaq deyil,əsas əsil oyun göstərməkdir..

İyun 14, 2008 at 11:48 səhər Bir şərh yazın

İRƏLİ TV / ALT+F4 komandası

İyun 13, 2008 at 12:34 səhər 1 şərh

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.
Bu iclas ilk əvvəl “Flash” treyninqlarının yekununun müzakirəsi ilə başladı.
Bildiyiniz kimi, bir neçə gün öncə İ.T. departamentinin təşəbbüsü ilə İrəli Ü.G.H-nın üzvləri üçün hazırlanmış və onlar tərəfindən böyük maraqla qarşılanmış “Flash” treyninqları uğurla keçirildi və başa çatdı.
Bundan əlavə departament yeni treyninqların hazırlanması və keçirilməsi barəsində də müzakirələr apardı.Bunlardan biri isə Dizayn klubunun təklifi ilə bağlı oldu.Belə ki, İ.T. departamenti Dizayn klubunun üzvlərinə “Photoshop” dərsləri keçməyi nəzərdə tutub. Bu treyninqların keçirilməsi isə avqust – sentyabr aylarına planlaşdırılır.
Sonda bildirmək istəyirik ki, İrəli Ü.G.H-nın daima tətildə olan digər departament və klublarından fərqli olaraq İ.T. il boyu yoğun iş qrafiki ilə çalışmışdır və bu istiqamətdə də fəaliyyətini davam etdirəcəkdir. Lakin imtahanlarla əlaqədar, departament rəsmi olaraq iyirmi günlük tətil elan etmək məcburiyyətindədir. Bu o, demək deyil ki, bizim fəaliyyətimiz dayandırılır, sadəcə olaraq bütün müzakirələr real iclaslarda deyil, virtual məkanada aparılacaq…

İyun 8, 2008 at 5:37 axşam 1 şərh

İRƏLİ FC / ALT+F4 Politexniki bağladı

ALT+F4 İRƏLİ IT Dept

İRƏLİ GH-ın iyunun 8-də start verəcəyi futbol çempionatına hazırlıq davam edir. Bu gün çempiontda İnformasiya Texnologiyaları Departamenti təmsil edəcək ALT+F4 komandası ilk yoldaşlıq görüşündə Politexnik Universitetinin yığma komandasını 20:3 hesabı ilə darmadağın etmişdir. Oyunda Fərid Həsənov 9, Qoşqar Hüseynov 2, Xəqani Fərəcov 2 dəfə fərqlənmiş. Ayın 8-i isə ALT+F4 -ü Bravo komandası ilə prinsipial görüş gözləyir.

İyun 5, 2008 at 5:08 axşam 5 şərh

IT Dept-in futbol komandası – ilk məşq

Bildiyimiz kimi İRƏLİ ÜGH daxili futbol çempionatına start vermişdir. Biz də IT Dept olaraq bu yarışmaya “Alt+F4” adlı komandamızla qatılırıq. İlk məşqimiz isə 5 iyun 5-i saat 14:30-da Politexnik yığması ilə olacaq. 5 iyun 14:15-də komandanın üzvləri Emlər Akademiyası metro stansiyasının girişində olsunlar. Bütün arzu edənlər buyurub gələ bilər.

ALT+F4

Rauf Mərdiyev
Fərid Həsənov
Emil Həsənov
Qoşqar Hüseynov
Kamran İsmayılov
Rövzət Ocaqov
Xəqani Fərəcov

 

İyun 3, 2008 at 10:27 axşam Bir şərh yazın

İRƏLİ İT departamentinin “Flash” treyninqləri barədə

2 iyun tarixində IRƏLI ÜGH-nin IT Departamenti flash treyninqləri çərçivəsində “Windows XP” adlı təlimi keçirmişdir.Treyninqdə 10 nəfər hərəkat üzvü iştirak etmişdir.iyun tarixində IRƏLI ÜGH-nin IT Departamenti flash treyninqləri çərçivəsində “İnternetin əsasları” adlı təlimi keçirmişdir.Treyninqdə 9 nəfər IRƏLI üzvü iştirak etdi.Novbəti treyninq 4 iyun tarixində “E-mail” mözusunda olacaq…

İyun 3, 2008 at 6:58 axşam Bir şərh yazın

Daha köhnə yazılar


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

İyun 2008
BE ÇA Ç CA C Ş B
« May   İyl »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 5. 090 hits