Posts tagged ‘IT departament’

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti flash treninglərə start verdi.

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti “Kompyuter savadsızlığına YOX deyək!” layihəsi çərçivəsində “Flash” treyninqlərinə  start verir. “Flash” treyninqlər XP, İnternetin əsasları, E-mail, Forum mədəniyyəti və Blogging sahələrini əhatə edəcək. Treyninqlərdə iştirak üçün  19-23 may tarixlərində qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan özünüz haqda aşağıdakı məlumatları eml7777@hotmail.com ünvanına göndərmək və ya ofisin elanlar lövhəsindən asılmış qeydiyyat vərəqəsini doldurmaqla keçmək olar:
  • Ad, soyad
  • E-mail
  • Təvəllüd
  • Universitet
  • Hərəkata qəbul tarixi
  • İştirak etmək istədiyi treyninq (XP, İnternetin əsasları, E-mail, Forum mədəniyyəti, Blogging)
  (daha&helliip;)
Advertisements

May 19, 2008 at 5:49 axşam Bir şərh yazın

17 may tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnalogiyaları departamentinin növbəti iclası keçirildi.

17 may tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnalogiyaları departamentinin növbəti iclası keçirildi. Bu iclas bir çox səbəblərdən qeyri-ənənəvi keçsə də İ.T. bir daha əsl komanda olduğunu sübut etdi.
İclas ilk əvvəl “Flash” treyninqlərinin müzakirəsi ilə başladı. Bildiyiniz kimi, yaxın günlərdə, yəni may ayının sonlarında artıq bu treyninqlərə start vermək planlaşdırılıb.
“Flash” treyninqləri haqqında artıq kifayət qədər məlumatınız olduğundan, təkrarçılığa yol verməmək üçün digər bir müzakirə olunan məsələyə keçid alaq.
İkinci müzakirə olunan məsələ isə futbolla bağlı oldu.
İrəli Ü.G.H-nın tərkibində fəaliyyət göstərən departamentlər və klublar arasında futbol çempionatı keçiriləcək. Bu çempionatda təbii ki, İ.T. departamenti olaraq öz sözümüzü deməyə hazırlaşırıq və bununla da bir daha komanda olduğumuzu sübut edəcəyik.
Digər müzakirə olunan məsələ isə İrəli T.V. ilə bağlı oldu. İrəli T.V. İ.T-nın öhtəliyinə verildiyindən, İrəli Ü.G.H-nın keçirtdiyi son tədbirlərlə bağlı bir neçə video material artıq departament üzvləri tərəfindən hazırlanmışdır. “Gül Bayramı”, “Barcamp Azərbaycanla İ.T. departamentinin birgə lahiyəsi”, “8 May- Şuşanın işğal günü” ilə bağlı hazırlanmış video materiallara ilkin bağış keçirildi. Yaxın günlərdə onların İrəli T.V-də yerləşdirilməsi nəzərdə tutulub.
Növbəti müzakirə olunan məsələ isə “Blogging” treyninqləri ilə bağlı oldu. Məlum olduğu kimi 13-14 may tarixində “Blogging” treyninqlərinin üçüncü hissəsi ADİU-da (yəni Narxozda) keçirilib,müvəffəqiyyətlə başa çatdırılmışdır. Bu hələ son deyil. Bir müddətlik, qısa aradan sonra “Blogging” treyninqlərinə yenidən start veriləcək.

May 17, 2008 at 5:17 axşam Bir şərh yazın

İnfomasiya Texnalogiyaları departamenti 24 aprel tarixində növbəti iclasını keçirtdi.

İnfomasiya Texnalogiyaları departamenti 24 aprel tarixində növbəti iclasını keçirtdi. Bu iclasda, bir çox məsələlər müzakirə edildi. Bu müzakirə olunan qərarlardan biri və ən əsası isə İ.T-nin yeni lahiyəsi olan ” Flash” treyninqlər oldu. “Flash” bildiyiniz kimi ingilis sözü olub mənası “tez yanıb sönən qıvılcım, işıq” və s. kimi tərcümə olunur. Elə bu lahiyənin də məqsədi yeniyetmələrə, gənclərə tez bir zamanda ,bir göz qırpımında kompyuter biliklərinin ilkin mərhələsini öyrətməkdir. Bu treyninqlərin məktəblərdə, uşaq evlərində, düşərgələrdə və s. kimi yerlədə keçirilməyi nəzərdə tutulub.
Treyninqlərdə keçiriləcək əsas mövzular: (daha&helliip;)

Aprel 27, 2008 at 4:31 axşam Bir şərh yazın

Yeni yazılar


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 5. 081 hits