Posts tagged ‘irəli’

ALT+F4 AVT-ni bağladı

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

15 iyun. Bu gün İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının 8-26 İyun – Silahlı Qüvvələr gününə həsr edilmiş Futbol Çempionatının növbəti turunda İnformasiya Texnologiyaları Departamentinin ALT+F4 komandası Asudə vaxtın təşkili departamentinin AVT komandası ilə üz-üzə gəlmişdir. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən görüş, gözlənildiyi kimi ALT+F4 komandasının 6:3 hesablı qələbəsi ilə başa çatmışdır. Rəqib komandanın qapısından topları Anar ( 3 qol ), Rövzət, Fərid Həsənov və Rauf Mərdiyev keçirmişlər.

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

Komandanın növəti oyunu ayın 18-i Xronika komandası ilə olacaqdır.

Advertisements

İyun 15, 2008 at 12:29 səhər 1 şərh

İRƏLİ FC / ALT+F4 Politexniki bağladı

ALT+F4 İRƏLİ IT Dept

İRƏLİ GH-ın iyunun 8-də start verəcəyi futbol çempionatına hazırlıq davam edir. Bu gün çempiontda İnformasiya Texnologiyaları Departamenti təmsil edəcək ALT+F4 komandası ilk yoldaşlıq görüşündə Politexnik Universitetinin yığma komandasını 20:3 hesabı ilə darmadağın etmişdir. Oyunda Fərid Həsənov 9, Qoşqar Hüseynov 2, Xəqani Fərəcov 2 dəfə fərqlənmiş. Ayın 8-i isə ALT+F4 -ü Bravo komandası ilə prinsipial görüş gözləyir.

İyun 5, 2008 at 5:08 axşam 5 şərh

IT Dept-in futbol komandası – ilk məşq

Bildiyimiz kimi İRƏLİ ÜGH daxili futbol çempionatına start vermişdir. Biz də IT Dept olaraq bu yarışmaya “Alt+F4” adlı komandamızla qatılırıq. İlk məşqimiz isə 5 iyun 5-i saat 14:30-da Politexnik yığması ilə olacaq. 5 iyun 14:15-də komandanın üzvləri Emlər Akademiyası metro stansiyasının girişində olsunlar. Bütün arzu edənlər buyurub gələ bilər.

ALT+F4

Rauf Mərdiyev
Fərid Həsənov
Emil Həsənov
Qoşqar Hüseynov
Kamran İsmayılov
Rövzət Ocaqov
Xəqani Fərəcov

 

İyun 3, 2008 at 10:27 axşam Bir şərh yazın

BarCamp Azerbaijan İRƏLİçilər üçün MiniBar təşkil etdi

Barkamp İRƏLİdə

4 may. Bu gün BarKamp Azərbaycan İRƏLİdə hərəkatın IT Dept-in təşəbbüsü ilə “İnformasiya Texnologiyaları və Müasir Media sahələrinə həsr olan BarKamp qeyri-konfransları, yerli və beynəlxalq BarKamplarda iştirak” mövzusunda seminar keçirmişdir. Seminarda çıxış edən barkamperlər – Emin Hüseynzadə, Rəşad Mehbalıyev və İlqar Mirzə iştirakçılara BarKamp haqda ətraflı məlumat vermiş, bu ilin əvvəlində Riqada keçirilmiş BarKamp-dan təəssüratlarını bölüşmüş və BarKamp Azərbaycan-ın yaxın dövrə planlaşdırdığı tədbirlərdən söhbət açmışlar. Xüsusilə, 28-31 avqust tarixlərində Lənkəranda keçirilməsi planlaşdırılan BarKamp Azərbaycan “İnformasiya texnologiyaları və müasir media” qeyri-konfransında iştirak üzvlər tərəfindən böyük maraqla qaşılandı. Sonda isə barkamperlər iştirakçıları maqarqlandıran sualları cavablandırdılar.

Görüşdən fotolara baxmaq üçün klikləyin :

(daha&helliip;)

May 5, 2008 at 1:28 səhər 1 şərh

İRƏLİ İT Dept-in növbəti iclası

3 may tarixində İRƏLİ İT Dept-in növbəti iclası keçirildi. İclasda əsas müzakirə olunan məsələlər Flash traininglərin hazırlanması, ADİU TGT-si üçün Blogging treyninqlərinin keçirilməsi, Dept-in müvəqqəti üzvləri sırasına qəbul, İRƏLİ TV ilə bağlı müzakirələr, 4 mayda keçiriləcək BarKamp seminarına hazırlıq və s. idi.

May 3, 2008 at 1:06 səhər Bir şərh yazın

Seminar / 4 may 17:00 / IT və yani media

IRELI IT Dept. ve BarKamp Azerbaycan
 
İnformasiya Texnologiyalari ve Muasir Media sahelerine hesr olan
BarKamp qeyri-konfranslari, yerli ve beynelxalq
BarKamplarda ishtirak haqqinda
 
SEMİNAR
 
  • BarKamp haqqinda eshitmisen?
  • BarKamp haqqinda umumiyyetle hech ne eshitmemisen?
  • BarKampin meqsedi sene aydin deyil?
  • “BarKamp axi niye qeyri-konfransdir?” deye oz-ozune sual verirsen?
  • BarKampdan sen de faydalanmaq isteyirsen?
  • BarKampchi olmaq haqqinda dushunursen?
  • Yerli ve beynelxalq BarKamplarda ishtirak etmek arzundu?
 
Onda bu seminar esl senlikdi! Duz basha dushmussen!
Bu seminarda BarKamp haqqinda her melumati alacaqsan!
 
Seminarda ishtirak ede bilerler :
 
  • Muasir Media ile ishleyenler ve maraqlananlar;
  • İnformasiya texnologiyalari ile ishleyenler ve maraqlananlar (İnternet saytlari hazirlayanlar ve s.)
  • Bloqqerler;
  • Jurnalistler;
  • Aktiv internet istifadechileri.
 
Seminarin kechirilme tarixi: 4 MAY, 2008
Seminarin kechirilme saati: 17:00
Seminarin kechirilme yeri: IRELI Umumrespublika Gencler Herekatinin Baki ofisi (Yusif
Memmedeliyev kuchesi, 21 12/14)
Seminarin ishchi dili: Azerbaycan dili   
 
Elaqe uchun:
 
Emin Huseynzade / BarKamp Azerbaycan
Tel: (+99470) 317 90 70

 

Rauf Mardiyev / IRELI IT Dept.

Tel: (+99450) 553 11 55

raufray@yahoo. com / www.iitd.wordpress. com

May 3, 2008 at 1:04 səhər Bir şərh yazın

IT Dept-də struktur dəyişikliyi barədə

Diqqetinize chatdirmaq isterdik ki, IRELI IT Dept-in daxilinde struktur deyishikliyi edilib.

Ilk once ise bu deyishikliyi doguran obyektiv sebebleri qisaca sadalamaq isterdim.

Bildiyimiz kimi IRELI yarandigi dovrden herekatin umumi fealiyyetinde en aktiv Departamentlerden biri de mehz IT Dept olub ve bu indi de beledir. Amma, yashadigimiz dovrde ehate olundugumuz muhitin ve inkishaf shertlerinin suretle yenilenmesi, ugurlu fealiyyetimizi davam etdirmek uchun bizim de hemin shertlere beraber tekilleshmemizi ve yenilenmemizi zeruri edir. Yaxin 1 ilde IT Dept fealiyyetinin daha da guclenmesi, ehate dairemizin genishlenmesi, gorduyumuz ishlerin keyfiyyetinin artmasi, siramizda yalniz en yaxshilarin celb olunmasi ve esl komanda formalashdirmaq uchun biz IRELI IT Dept daxilinde ashagidaki deyishiklikleri etmeyi qerara aldiq.

20 / 04 / 2008-ci il tarixinden etibaren IRELI UGH IT Departamenti uzveri 2 hisseye bolunur :

1) IT Dept-in daimi uzvleri

Daimi uzvlerin sayi ilkin olaraq 13 (3+10) olaraq mueyyenleshdirilib. Onlar Dept fealiyyetinde mueyyen bir saheye cavabdehdirler ve Dept-in gelecek fealiyyeti planini mueyyen edib, onun icrasina mesuliyyet dashiyirlar. Daimi uzvlerin Dept fealiyyetin barede butun qerarlar sesverme yolu ile qebul edilir. Daimi uzvlerin Dept-in butun iclaslarinda ishtiraklari mutleqdir. Onlar Dept-in preoritet fealiyyet istiqametlerini mueyyen edir, fealiyyet plani hazirlayir, onun icrasini heyata kechirir ve butun diger Dept-daxili meselerlere nezaret edirler. Daimi uzvlerin sayi sheraite uygun olaraq arib-azala biler.

2) IT Dept-in muveqqeti uzvleri

Muveqqet uzvler heqeqeten de IRELIdeki fealiyyetlerini IT Dept-le baglamaq isteyenve ne istediklerini anlayan shexslerdir. Onlar Dept-in Daimi Uzvleri sirasina daxil olmaq uchun sinaq muddeti boyunca Muveqqeti Uzvler siyahisinda olur, bu muddet erzinde onlara mueyyen tapshiriqlar verilir, bilik ve bacariq seviyyeleri yoxlanilir ve Daimi Uzvler qerari ile onlarin siralarina qebul edilirler. Dept-in fealiyyetinde iwtirak etmiw, lakin hal-hazirda mueyyen sebeblere gore bunu aktiv ola bilmeyen uzvlerimiz de Muveqqeti Uzvler sirasina daxil edilirler. Bundan elave oz fealiyyetinde ozleriniz dogrultmayan daimi uzv de bir muddetlik bu siyahiya daxil edile biler. Muveqqeti Uzvlerin de iclaslarda ishtirakleri vacibdir, lakin onlar ses huququna malik deyiller. Onlarin sayi teribi olaraq 10 mueyyen edilib.

Arzu edenler muveqqeti uzv sirasina yazilmaq uchun muraciet ede bilerler.

IT Dept-in iclaslari her heftenin VI gunu saat 14:00-dan 15:00-a qeder IRELI ofisinin iclas zalinda kechirilir. Iclaslarimiz achiqdir, istenilen uzv buyurub dinleyici kimi ishtirak ede biler.

Bunladan elave daxili informasiya mubadilesini asanlashdirmaq uchun Dept-in YahooGroupu fealiyyete bashlayib :

Page :
http://groups.yahoo.com/group/ireli_it_dept/

E-mail :
ireli_it_dept@yahoogroups.com  

Qrupa uzv olmaq uchun ( yalniz Daimi ve Muveqqeti uzvler ) :
ireli_it_dept-subscribe@yahoogroups.com  

Xarici informasiya mubadilesinin temin edilmesi uchun ise Dept-in blogu fealiyyet gosterir ( blogdaki Dept fealiyyeti ile bagli butun melumatlar www.ireli.az  -a istinad edir. ) :
www.iitd.wordpress.com

Sona qeder oxudugunuza gore minnetdaram.

 

Hormetle,
Rauf Mardiyev
IRELI UGH IT Dept sedri.

Aprel 21, 2008 at 10:47 səhər Bir şərh yazın

Daha köhnə yazılar


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 1234
567891011
12131415161718
19202122232425
262728  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 4,942 hits