Posts tagged ‘İrəli ÜGH’

22 noyabr tarixində İrəli Ü.G.H-nin tərkibindəki İnformasiya Texnalogiyaları Departamenti öz növbəti iclasını keçirtdi

Bu iclasda da ənənəvi olaraq bir çox məsələlər müzakirə olundu. İlk öncə müzakirə olunan məsələ İREX-in dəstəyi nəticəsində İT departamentinin təşkilatçılığıyla təşkil olunan İrəli üzvləri üçün nəzərdə tutulmuş pulsuz ” Photoshop” kurslarının hesabatı ilə bağlı oldu. Belə ki, təşkil olunmuş kurslar uğurla başa çatdırıldı. Treyninq iştirakçılar tərəfindən çox bəyənildi .İlk dərslərdə əsasən photoshop haqqında nəzəri biliklər, daha sonra layer-lər,tools-lar,filter-lər və müəyyən effektlər haqqında ətraflı məlumat verildi. 12 nəfərdən ibarət iştirakçı heyyəti, 10 dərsdən sonra normal “Photoshop” biliklərinə sahib oldu.
İkinci müzakirə olunan məsələ isə ” Hardware” və daha sonra təşkil olunacaq “HTML” treyninqəri ilə bağlı oldu. Bu treyninqlərin İT departamenti tərəfindən İrəli üzvləri üçün keçirilməsi nəzərdə tutulub. İştirak etmək istyənlər artıq qeydiyatdan keçiblər və gələn həftə sonundan etibarən treyninqlərə start vermək nəzərdə tutulub.
Bundan əlavə digər müzakirə olunan məsələ İnformasiya Texnalogiyaları Departamentinin təşəbbüsü və təşkilatçılıgı,eləcə də, Tələbə Gənclər Təşkilatının dəstəyi ilə keçiriləcək ” Həmrəylik Gunu”-nə həsr olunmuş, “Azərbaycan” mövzusunda təşkil olunacaq Wallpaper müsabiqəsi ilə bağlı oldu. Yaxın günlərdə bu haqqında ətraflı məlumat veriləcəkdir.

Advertisements

Noyabr 24, 2008 at 10:11 axşam Bir şərh yazın

18 oktyabr tarixində İrəli ÜGH-nın teərkibində fəaliyyət göstərən İnformasiya texnalogiyaları departamenti növbəti iclasını keçirtdi.

18 oktyabr tarixində İrəli ÜGH-nın teərkibində fəaliyyət göstərən İnformasiya texnalogiyaları departamenti növbəti iclasını keçirtdi.
İlk əvvəl iclasda müzakirə olunan məsələ departamentin tərkibində yaradılan strukturla bağlı oldu. Bildiyiniz kimi, İT departamenti daimi və müvəqqti üzvlərdən ibarətdir. Bu strukturda bəzi dəyişikliklər aparıldı. Belə ki, müvəqqəti üzvlər sırasında olan Ziya Hacili ve Yeganə Qələndərovanın, departament tərkibində göstərdikləri aktiv fəaliyyətlərini nəzərə alaraq onları daimi üzvlər sırasına keçirilməyi qərarı alındı.
Bundan əlavə müzakirə olunan məsələlərdən biri de İT departamentinin Vətənpərvərlər klubu ilə uşaq evləri ilə bağlı birgə lahiyyəsi oldu.İT departamentinin bu lahiyyədəki iştirakı Uşaq evlərində kompyuter kurslarının təşkil edilməsi ilə bağlıdır. Bu kurslar tərkibində uşaqlara ilkin kompyuter bilikləri, daha sonra ofiss proqramlarının keçirilməsi nəzərdə tutulub. Kurslarda treyner kimi iştirak edecək departament üzvləri artıq müəyyən edilib və iş bölgüsü aparılıb.
Daha sonra muzakirə yeni treyniqlarla bağlı oldu. Beləliklə İT departamenti İrəli üzvləri üçün Photoshop və Hard Ware treyninlarını təşkil etməyi planlaşdır. Treyninqların vaxtı isə hələ dəqiq deyil.
Daha sonra departamentin fəaliyyəti ilə bağlı gələcək planlar müzakirə olundu.

Oktyabr 20, 2008 at 8:13 axşam Bir şərh yazın

21 iyul İRƏLİ ÜGH-nin İT Departamenti növbəti iclasını keçirtdi

21 iyul İT Departamenti növbəti iclasını keçirtdi. Azərbaycan Dövlət İqtisad Universitetində imkansız uşaqlara komputer dərsi keçmək üzrə danışıldı.Windows və Word proqramlarını öyrətmək… Bu dərslər cəmi 10 gün olacaq, həftədə 5 gün, 2 həftə olmaqla keçiləcək. Səhər saat 10:30-da başlayacaq dərs, 15:00-a qədər davam edəcək. Saat 13:00-da nahar olacaq.Çox maraqlı dərslər keçəcək. Təbii ki bu da İT Departamentinin növbəti uğurudur.

İyul 23, 2008 at 12:33 axşam Bir şərh yazın

2 iyun tarixində İRƏLİ ÜGH İnformasiya Texnalogiyaları departamenti yenidən işə başladı

2 iyun tarixində İRƏLİ ÜGH İnformasiya Texnalogiyaları departamenti qısa sürən tətilindən sonra yenidən işə başladı və ilk iclasını keçirtdi. İclas Fərid Həsənovun sədri ilə keçirilidi və departamentin strukturu və yaxın müddətə fəaliyyət planlı müzakirə olundu.
İlk öncə departamanetin strukturunda bir sıra səyişikliklər aparıldı. Vaxtilə IT Dept-də öz sözlərini demiş, lakin indi müəyyən obyektiv səbəblərə görə əvvəl olduqları kimi fəal olmayan Fexri İmanov, Elçin Aşurov və Rauf Mərdiyev İRƏLİ IT Departamentin Fəxri üzvləri sırasına daxil etmək qərara alındı. Son dövrlər xüsusi fəallıqları ilə seçilən Aytən Babayeva və Əli Əliyev Departamentin Daimi üzvləri siyahısına əlavə olundular. Namiq isə Müvəqqəti üzvlər sırasına köçürüldü. Departamentin müvəqqəti üzvləri sırasına namizəd şəxslərin adları açıqlandı. Üzvlərin iş bölgüsünə yenidən nəzər yetirildi, yeni qoşulmuş üzvlərə öz sahələrinə uyğun tapşırıqlar verildi.
Beləliklə daimi və müvəqqəti üzvlərimizin siyahısı dəyişdi.
İrəli ÜGH İT Dept-in Daimi üvlərinin siyahısı:
  1. Fərid Həsənov
  2. Emil
  3. Azeri Lavin
  4. Aydın
  5. Qoşqar
  6. Zəhra
  7. Ramizə
  8. Kamran İsmayılov
  9. Federico
  10. Crazy Love
  11. Əli
  12. Aytən
İrəli ÜGH İT Dept-in mevəqqəti üvlərinin siyahısı:
  1. Rza
  2. Yeganə
  3. Lətafət
  4. Ziya
  5. Murad
  6. Müslüm
  7. Babək
  8. Namiq
Növbəti müzakirə olunan məslə isə Departamentin yay ayları üçün fəaliyyət planının müəyənləşməsi oldu. Yaxın gələcəkdə İRƏLİ IT Dept erməni həqiqətlərini dünyaya çatdıran “MEA CULPA : Confession of Armenian Elite” adlı kitabın sayt versiyasının hazırlanması və İRƏLİ Ailəsi sosial şəbəkəsinin inkişafı istiqamətində işlər görəcəkdir. (daha&helliip;)

İyul 3, 2008 at 1:06 axşam 1 şərh

ALT+F4 AVT-ni bağladı

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

15 iyun. Bu gün İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının 8-26 İyun – Silahlı Qüvvələr gününə həsr edilmiş Futbol Çempionatının növbəti turunda İnformasiya Texnologiyaları Departamentinin ALT+F4 komandası Asudə vaxtın təşkili departamentinin AVT komandası ilə üz-üzə gəlmişdir. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən görüş, gözlənildiyi kimi ALT+F4 komandasının 6:3 hesablı qələbəsi ilə başa çatmışdır. Rəqib komandanın qapısından topları Anar ( 3 qol ), Rövzət, Fərid Həsənov və Rauf Mərdiyev keçirmişlər.

İRƏLİ İnformasiya Texnalogiyaları departamentinin ALT+F4 komandası

Komandanın növəti oyunu ayın 18-i Xronika komandası ilə olacaqdır.

İyun 15, 2008 at 12:29 səhər 1 şərh

ALT+F4 4:8 Bravo

Keçən həftə ALT+F4 və Bravo komandaları üz-üzə gəldilər.ALT+F4 komandası gərgin keçən oyun nəticəsində 4:8 hesabı ilə məğlub oldu.Lakin onu demək yerinə düşərdiki əsas qələbə qazanmaq deyil,əsas əsil oyun göstərməkdir..

İyun 14, 2008 at 11:48 səhər Bir şərh yazın

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.
Bu iclas ilk əvvəl “Flash” treyninqlarının yekununun müzakirəsi ilə başladı.
Bildiyiniz kimi, bir neçə gün öncə İ.T. departamentinin təşəbbüsü ilə İrəli Ü.G.H-nın üzvləri üçün hazırlanmış və onlar tərəfindən böyük maraqla qarşılanmış “Flash” treyninqları uğurla keçirildi və başa çatdı.
Bundan əlavə departament yeni treyninqların hazırlanması və keçirilməsi barəsində də müzakirələr apardı.Bunlardan biri isə Dizayn klubunun təklifi ilə bağlı oldu.Belə ki, İ.T. departamenti Dizayn klubunun üzvlərinə “Photoshop” dərsləri keçməyi nəzərdə tutub. Bu treyninqların keçirilməsi isə avqust – sentyabr aylarına planlaşdırılır.
Sonda bildirmək istəyirik ki, İrəli Ü.G.H-nın daima tətildə olan digər departament və klublarından fərqli olaraq İ.T. il boyu yoğun iş qrafiki ilə çalışmışdır və bu istiqamətdə də fəaliyyətini davam etdirəcəkdir. Lakin imtahanlarla əlaqədar, departament rəsmi olaraq iyirmi günlük tətil elan etmək məcburiyyətindədir. Bu o, demək deyil ki, bizim fəaliyyətimiz dayandırılır, sadəcə olaraq bütün müzakirələr real iclaslarda deyil, virtual məkanada aparılacaq…

İyun 8, 2008 at 5:37 axşam 1 şərh

Daha köhnə yazılar


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 5. 081 hits