Posts tagged ‘irəli it dept’

İRƏLİ IT Dept (2005-2008)

İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı tarixində ən fəal və mehriban kollektivin hansı olduğunu soruşsanız bir çoxları “IT Departament” deyə cavab verəcəkdir və bu doğurdan da belədir. İRƏLİ Hərəkatı mövcud olduğu 2005-ci ildən 2008-ci ilə qədər IT Dept hər zaman birinci olmuşdur. İstər Hikmət Hüseynovun, istər Rauf Mərdiyevin, istərsə də Fərid Həsənovun depatamentə rəhbərlik etdiyi vaxtlarda bizim komanda hər zaman digərlərindən bir addım öndə olmuşdur. Burada statistika ilə başınızı ağrıtmaq və ya biz nələr etmişik sualına cavab vermək niyyətində deyilik. Bizim fəaliyyətimiz və etdiklərimiz, Azərbaycana gətirdiyimiz ilklərimizin reklama ehtiyacı yoxdur. Biz bunları nəyinsə xatirinə etmədik. Biz bunları işimizi sevdiyimiz üçün, hədəfimizin olduğu üçün, Azərbaycanımız üçün etdik…

…və illər keçəcək. Hər kəsin öz həyatı başlayacaq. Yeni təəssüratlat, yeni qayğılar. Amma IT Dept üzvlərini dünyanın harasında olsalar tapsanız və “sən IT Dept-də olmusan?” soruşsanız  o fəxrlə və sevinclə sizə “Bəli, mən ITşnik idim” deyə cavab verəcəkdir.

IT Dept bizim ömrümüzün sonuna kimi unuda bilməyəycəyimiz bir mərhələdir. Hər birinizə təşəkkürlər.

Bütün IT Dept üzvləri adından (2005-2008)

Advertisements

Noyabr 29, 2009 at 12:24 səhər Bir şərh yazın

1 iyun tarixində İrəli ÜGH-nın tərkibindəki İnformasiya Texnologiyaları departamenti öz növbəti iclasını keçirtdi

1 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texmologiyaları departamenti öz növbəti, ənənəvi iclasını keçirtdi.
İclasda bir çox məsələlər müzakirə olundu.
İlk əvvəl iclas qarşıda gələn “Flash” treyninqlərinin müzakirəsi ilə başladı. Bildiyiniz kimi artıq yaxın günlərdə bu treyninqlərə start veriləcək.Treyninqlərdə iştirak edəcək olanların siyahısı hazırlanıb, İ.T departamentinin daimi üzvlərindən hazırlanmış treynerlərdən ibarət olan işçi qrupu da müəyyən olunmuşdur.
İkinci müzakirə olunan məsələ isə departamentin tərkibindəki struktur dəyişikliyi ilə bağlı oldu. Bildiyiniz kimi, İ.T. departamenti öz tərkibində stuktur dəyişikliyi etmişdi. Bununla əlaqədar departamentin üzvləri iki hissəyə bölünmüşdülər.Bu siyahıda olanların sayının artıb, azala biləcəyini əvvəldə qeyd etmişdik.Bu belə də oldu, 1 iyun tarixində həmin siyahıda dəyişiklik edildi. Belə ki, müvəqqəti üzvlər sırasında olan Kamran İsmayılov departamentin fəaliyyətində göstərdiyi aktivliyinə görə digər müvəqqəti üzvlərdən seçilərək daimi üzvlər sırasına daxil oldu.
Digər müzakirə olunan məsələ isə İ.T-nın futbol komandası ilə bağlı oldu. Biz əminik ki, İ.T. bu istiqamətdə də bir nömrə və birincilərdən olduğunu sübut edəcək…

İyun 2, 2008 at 4:09 axşam Bir şərh yazın

BarCamp Azerbaijan İRƏLİçilər üçün MiniBar təşkil etdi

Barkamp İRƏLİdə

4 may. Bu gün BarKamp Azərbaycan İRƏLİdə hərəkatın IT Dept-in təşəbbüsü ilə “İnformasiya Texnologiyaları və Müasir Media sahələrinə həsr olan BarKamp qeyri-konfransları, yerli və beynəlxalq BarKamplarda iştirak” mövzusunda seminar keçirmişdir. Seminarda çıxış edən barkamperlər – Emin Hüseynzadə, Rəşad Mehbalıyev və İlqar Mirzə iştirakçılara BarKamp haqda ətraflı məlumat vermiş, bu ilin əvvəlində Riqada keçirilmiş BarKamp-dan təəssüratlarını bölüşmüş və BarKamp Azərbaycan-ın yaxın dövrə planlaşdırdığı tədbirlərdən söhbət açmışlar. Xüsusilə, 28-31 avqust tarixlərində Lənkəranda keçirilməsi planlaşdırılan BarKamp Azərbaycan “İnformasiya texnologiyaları və müasir media” qeyri-konfransında iştirak üzvlər tərəfindən böyük maraqla qaşılandı. Sonda isə barkamperlər iştirakçıları maqarqlandıran sualları cavablandırdılar.

Görüşdən fotolara baxmaq üçün klikləyin :

(daha&helliip;)

May 5, 2008 at 1:28 səhər 1 şərh


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 5,044 hits