Posts tagged ‘7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İ’

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.
Bu iclas ilk əvvəl “Flash” treyninqlarının yekununun müzakirəsi ilə başladı.
Bildiyiniz kimi, bir neçə gün öncə İ.T. departamentinin təşəbbüsü ilə İrəli Ü.G.H-nın üzvləri üçün hazırlanmış və onlar tərəfindən böyük maraqla qarşılanmış “Flash” treyninqları uğurla keçirildi və başa çatdı.
Bundan əlavə departament yeni treyninqların hazırlanması və keçirilməsi barəsində də müzakirələr apardı.Bunlardan biri isə Dizayn klubunun təklifi ilə bağlı oldu.Belə ki, İ.T. departamenti Dizayn klubunun üzvlərinə “Photoshop” dərsləri keçməyi nəzərdə tutub. Bu treyninqların keçirilməsi isə avqust – sentyabr aylarına planlaşdırılır.
Sonda bildirmək istəyirik ki, İrəli Ü.G.H-nın daima tətildə olan digər departament və klublarından fərqli olaraq İ.T. il boyu yoğun iş qrafiki ilə çalışmışdır və bu istiqamətdə də fəaliyyətini davam etdirəcəkdir. Lakin imtahanlarla əlaqədar, departament rəsmi olaraq iyirmi günlük tətil elan etmək məcburiyyətindədir. Bu o, demək deyil ki, bizim fəaliyyətimiz dayandırılır, sadəcə olaraq bütün müzakirələr real iclaslarda deyil, virtual məkanada aparılacaq…

Advertisements

İyun 8, 2008 at 5:37 axşam 1 şərh


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 1234
567891011
12131415161718
19202122232425
262728  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 4,942 hits