17 may tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnalogiyaları departamentinin növbəti iclası keçirildi.

17 may tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnalogiyaları departamentinin növbəti iclası keçirildi. Bu iclas bir çox səbəblərdən qeyri-ənənəvi keçsə də İ.T. bir daha əsl komanda olduğunu sübut etdi.
İclas ilk əvvəl “Flash” treyninqlərinin müzakirəsi ilə başladı. Bildiyiniz kimi, yaxın günlərdə, yəni may ayının sonlarında artıq bu treyninqlərə start vermək planlaşdırılıb.
“Flash” treyninqləri haqqında artıq kifayət qədər məlumatınız olduğundan, təkrarçılığa yol verməmək üçün digər bir müzakirə olunan məsələyə keçid alaq.
İkinci müzakirə olunan məsələ isə futbolla bağlı oldu.
İrəli Ü.G.H-nın tərkibində fəaliyyət göstərən departamentlər və klublar arasında futbol çempionatı keçiriləcək. Bu çempionatda təbii ki, İ.T. departamenti olaraq öz sözümüzü deməyə hazırlaşırıq və bununla da bir daha komanda olduğumuzu sübut edəcəyik.
Digər müzakirə olunan məsələ isə İrəli T.V. ilə bağlı oldu. İrəli T.V. İ.T-nın öhtəliyinə verildiyindən, İrəli Ü.G.H-nın keçirtdiyi son tədbirlərlə bağlı bir neçə video material artıq departament üzvləri tərəfindən hazırlanmışdır. “Gül Bayramı”, “Barcamp Azərbaycanla İ.T. departamentinin birgə lahiyəsi”, “8 May- Şuşanın işğal günü” ilə bağlı hazırlanmış video materiallara ilkin bağış keçirildi. Yaxın günlərdə onların İrəli T.V-də yerləşdirilməsi nəzərdə tutulub.
Növbəti müzakirə olunan məsələ isə “Blogging” treyninqləri ilə bağlı oldu. Məlum olduğu kimi 13-14 may tarixində “Blogging” treyninqlərinin üçüncü hissəsi ADİU-da (yəni Narxozda) keçirilib,müvəffəqiyyətlə başa çatdırılmışdır. Bu hələ son deyil. Bir müddətlik, qısa aradan sonra “Blogging” treyninqlərinə yenidən start veriləcək.
Advertisements

May 17, 2008 at 5:17 axşam Bir şərh yazın

BarCamp Azerbaijan İRƏLİçilər üçün MiniBar təşkil etdi

Barkamp İRƏLİdə

4 may. Bu gün BarKamp Azərbaycan İRƏLİdə hərəkatın IT Dept-in təşəbbüsü ilə “İnformasiya Texnologiyaları və Müasir Media sahələrinə həsr olan BarKamp qeyri-konfransları, yerli və beynəlxalq BarKamplarda iştirak” mövzusunda seminar keçirmişdir. Seminarda çıxış edən barkamperlər – Emin Hüseynzadə, Rəşad Mehbalıyev və İlqar Mirzə iştirakçılara BarKamp haqda ətraflı məlumat vermiş, bu ilin əvvəlində Riqada keçirilmiş BarKamp-dan təəssüratlarını bölüşmüş və BarKamp Azərbaycan-ın yaxın dövrə planlaşdırdığı tədbirlərdən söhbət açmışlar. Xüsusilə, 28-31 avqust tarixlərində Lənkəranda keçirilməsi planlaşdırılan BarKamp Azərbaycan “İnformasiya texnologiyaları və müasir media” qeyri-konfransında iştirak üzvlər tərəfindən böyük maraqla qaşılandı. Sonda isə barkamperlər iştirakçıları maqarqlandıran sualları cavablandırdılar.

Görüşdən fotolara baxmaq üçün klikləyin :

(daha&helliip;)

May 5, 2008 at 1:28 səhər 1 şərh

İRƏLİ İT Dept-in növbəti iclası

3 may tarixində İRƏLİ İT Dept-in növbəti iclası keçirildi. İclasda əsas müzakirə olunan məsələlər Flash traininglərin hazırlanması, ADİU TGT-si üçün Blogging treyninqlərinin keçirilməsi, Dept-in müvəqqəti üzvləri sırasına qəbul, İRƏLİ TV ilə bağlı müzakirələr, 4 mayda keçiriləcək BarKamp seminarına hazırlıq və s. idi.

May 3, 2008 at 1:06 səhər Bir şərh yazın

Seminar / 4 may 17:00 / IT və yani media

IRELI IT Dept. ve BarKamp Azerbaycan
 
İnformasiya Texnologiyalari ve Muasir Media sahelerine hesr olan
BarKamp qeyri-konfranslari, yerli ve beynelxalq
BarKamplarda ishtirak haqqinda
 
SEMİNAR
 
  • BarKamp haqqinda eshitmisen?
  • BarKamp haqqinda umumiyyetle hech ne eshitmemisen?
  • BarKampin meqsedi sene aydin deyil?
  • “BarKamp axi niye qeyri-konfransdir?” deye oz-ozune sual verirsen?
  • BarKampdan sen de faydalanmaq isteyirsen?
  • BarKampchi olmaq haqqinda dushunursen?
  • Yerli ve beynelxalq BarKamplarda ishtirak etmek arzundu?
 
Onda bu seminar esl senlikdi! Duz basha dushmussen!
Bu seminarda BarKamp haqqinda her melumati alacaqsan!
 
Seminarda ishtirak ede bilerler :
 
  • Muasir Media ile ishleyenler ve maraqlananlar;
  • İnformasiya texnologiyalari ile ishleyenler ve maraqlananlar (İnternet saytlari hazirlayanlar ve s.)
  • Bloqqerler;
  • Jurnalistler;
  • Aktiv internet istifadechileri.
 
Seminarin kechirilme tarixi: 4 MAY, 2008
Seminarin kechirilme saati: 17:00
Seminarin kechirilme yeri: IRELI Umumrespublika Gencler Herekatinin Baki ofisi (Yusif
Memmedeliyev kuchesi, 21 12/14)
Seminarin ishchi dili: Azerbaycan dili   
 
Elaqe uchun:
 
Emin Huseynzade / BarKamp Azerbaycan
Tel: (+99470) 317 90 70

 

Rauf Mardiyev / IRELI IT Dept.

Tel: (+99450) 553 11 55

raufray@yahoo. com / www.iitd.wordpress. com

May 3, 2008 at 1:04 səhər Bir şərh yazın

Bloqların Page Rankı artdı

May ayının əvvəlində AzNET bloglarının böyük əksəriyyətinin, xüsusilə Azeriblog istifadəçilərinin Google Page Rank göstəricisi +1 artıb. Rauf Mərdiyevin blogu olan www.raufray.wordpress.com -un rankı da +1 artaraq Azərbaycanda bloqlar arasında rekord həddə – 5 PR-a çatıb.

Bloqunuzun Rankının artması üçün onun gündəlik yenilənməsi və bloqunuza digər səhifələrdən daxil olmaya diqqət yetirməniz lazımdır.

May 2, 2008 at 12:53 səhər Bir şərh yazın

IT Dept “ÖLKƏM” layihəsində

May 1, 2008 at 12:40 səhər Bir şərh yazın

Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü

Yəqin ki, 27 aprel tarixi bir çoxlarımızın həyatinda əlamətdar gün kimi yadda qalacaq. Məhz bu gün Azərbaycan bloqqerləri ilk dəfə olaraq bir araya gəldilər. İlk dəfə olar virtualdan ayrılaraq real həyatda bir-birimizin əlini sıxmaq imkanı əldə etdik. Düşüncələrimiz və fikirlərimiz fərqli olsa da bizi birləşdirən Azərbaycanda hələ çoxu tərəfindən anlaşılmayan, lakin yaxın gələcəkdə hər birimizi əhatə edəcək bolqlaşmanın pionerləri olmamız idi.
Bu ideya ilə ilk olaraq Azeriblog.com saytının admini Fərhad Əsgərzadə çıxış etmişdir. O vaxtlar ideya yalnız Azeriblog istifadçiləri görüşünün keçirilməsindən ibarət olsa da, aparılan müzakirələrdən sonra görüşün formatı daha da böyüdü və bunu Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü adlandırmaq qərarına gəldik.
İRƏLİ İT Dept olaraq təyin olunan vaxtda Sahil bağına gəldik. Bir az gözlədikdən sonra Admin də gəldi, sonra Mayıs Musayev, sonra isə digər bloqqerlər. Bulvara getməyi qərara aldıq. Orada bizə BarCamp-dan Emin Hüseynzadə və Rəşad Mehbalıyev qoşuldular. İlkin tanışlıqdan sonra müzakirələr başladı. Dəyərli fikirlər səsləndi, təkliflər edildi. Hətta kiçik mübahisə belə yarandı. Amma bütün bunlar yaxşılığa doğrudur. İki saata yaxın çəkən görüşün sonunda iştirakçılar bir-birlərinin bloq ünvanlarını və əlaqə vasitələrini götürərək, yaxın zamanlarda bir daha görüşmək ümidi ilə ayrıldılar.
Mən də öz növbəmdə görüşdə iştirak edən 30-a yaxın bloqqerin hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Biz bir olanda daha güclüyük.
Yaxın vaxtlarda bir daha əlinizi sıxmaq ümidi ilə, hər kəsə uğurlar !
Azərbaycan bloqqerlərinin ilk qeyri-rəsmi görüşü fotolarda : (daha&helliip;)

Aprel 28, 2008 at 5:15 axşam 1 şərh

Daha köhnə yazılar Yeni yazılar


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

May 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 4,983 hits