Posts filed under ‘İyun’

ALT+F4 4:8 Bravo

Keçən həftə ALT+F4 və Bravo komandaları üz-üzə gəldilər.ALT+F4 komandası gərgin keçən oyun nəticəsində 4:8 hesabı ilə məğlub oldu.Lakin onu demək yerinə düşərdiki əsas qələbə qazanmaq deyil,əsas əsil oyun göstərməkdir..

Advertisements

İyun 14, 2008 at 11:48 səhər Bir şərh yazın

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.

7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.
Bu iclas ilk əvvəl “Flash” treyninqlarının yekununun müzakirəsi ilə başladı.
Bildiyiniz kimi, bir neçə gün öncə İ.T. departamentinin təşəbbüsü ilə İrəli Ü.G.H-nın üzvləri üçün hazırlanmış və onlar tərəfindən böyük maraqla qarşılanmış “Flash” treyninqları uğurla keçirildi və başa çatdı.
Bundan əlavə departament yeni treyninqların hazırlanması və keçirilməsi barəsində də müzakirələr apardı.Bunlardan biri isə Dizayn klubunun təklifi ilə bağlı oldu.Belə ki, İ.T. departamenti Dizayn klubunun üzvlərinə “Photoshop” dərsləri keçməyi nəzərdə tutub. Bu treyninqların keçirilməsi isə avqust – sentyabr aylarına planlaşdırılır.
Sonda bildirmək istəyirik ki, İrəli Ü.G.H-nın daima tətildə olan digər departament və klublarından fərqli olaraq İ.T. il boyu yoğun iş qrafiki ilə çalışmışdır və bu istiqamətdə də fəaliyyətini davam etdirəcəkdir. Lakin imtahanlarla əlaqədar, departament rəsmi olaraq iyirmi günlük tətil elan etmək məcburiyyətindədir. Bu o, demək deyil ki, bizim fəaliyyətimiz dayandırılır, sadəcə olaraq bütün müzakirələr real iclaslarda deyil, virtual məkanada aparılacaq…

İyun 8, 2008 at 5:37 axşam 1 şərh

1 iyun tarixində İrəli ÜGH-nın tərkibindəki İnformasiya Texnologiyaları departamenti öz növbəti iclasını keçirtdi

1 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texmologiyaları departamenti öz növbəti, ənənəvi iclasını keçirtdi.
İclasda bir çox məsələlər müzakirə olundu.
İlk əvvəl iclas qarşıda gələn “Flash” treyninqlərinin müzakirəsi ilə başladı. Bildiyiniz kimi artıq yaxın günlərdə bu treyninqlərə start veriləcək.Treyninqlərdə iştirak edəcək olanların siyahısı hazırlanıb, İ.T departamentinin daimi üzvlərindən hazırlanmış treynerlərdən ibarət olan işçi qrupu da müəyyən olunmuşdur.
İkinci müzakirə olunan məsələ isə departamentin tərkibindəki struktur dəyişikliyi ilə bağlı oldu. Bildiyiniz kimi, İ.T. departamenti öz tərkibində stuktur dəyişikliyi etmişdi. Bununla əlaqədar departamentin üzvləri iki hissəyə bölünmüşdülər.Bu siyahıda olanların sayının artıb, azala biləcəyini əvvəldə qeyd etmişdik.Bu belə də oldu, 1 iyun tarixində həmin siyahıda dəyişiklik edildi. Belə ki, müvəqqəti üzvlər sırasında olan Kamran İsmayılov departamentin fəaliyyətində göstərdiyi aktivliyinə görə digər müvəqqəti üzvlərdən seçilərək daimi üzvlər sırasına daxil oldu.
Digər müzakirə olunan məsələ isə İ.T-nın futbol komandası ilə bağlı oldu. Biz əminik ki, İ.T. bu istiqamətdə də bir nömrə və birincilərdən olduğunu sübut edəcək…

İyun 2, 2008 at 4:09 axşam Bir şərh yazın


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 5. 073 hits