IRELI Countrywide Youth Movement IT Dept

Bakıda ali təhsil ocaqlarının məzunları üçün əmək yarmarkası keçirilir

Advertisements

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş «Məzun-2008» əmək yarmarkası işə başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev qeyd edib ki, əgər ötən ilki yarmarkada yalnız İqtisad Universitetinin məzunları iştirak edirdisə, artıq bu ilki əmək yarmarkasına 19 universitetin məzunları qatılıb: «Builki yarmarkada ölkənin 60-dan çox holdinq, şirkət və bankları, bir sıra nazirlik və dövlət idarələri 500-dən artıq vakant iş yeri təklifi ilə iştirak edir. Ümumilikdə respublikanın 24 ali məktəbindən 3 minə yaxın məzun «Məzun-2008» əmək yarmarkasında iştirak etmək üçün öncədən qeydiyyata alınıb».
Bundan başqa, builki yarmarkanın yeniliklərindən biri Naxçıvan Dövlət Universitetinin məzunlarının sözügedən əmək yarmarkasına İnternet vasitəsi ilə qatıla bilməsidir.
Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdənov isə bildirib ki, bu cür yarmarkalar Azərbaycan iqtisadiyyatının inkişafına yardım göstərir.

Advertisements

Advertisements