Archive for Aprel 28, 2008

Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü

Yəqin ki, 27 aprel tarixi bir çoxlarımızın həyatinda əlamətdar gün kimi yadda qalacaq. Məhz bu gün Azərbaycan bloqqerləri ilk dəfə olaraq bir araya gəldilər. İlk dəfə olar virtualdan ayrılaraq real həyatda bir-birimizin əlini sıxmaq imkanı əldə etdik. Düşüncələrimiz və fikirlərimiz fərqli olsa da bizi birləşdirən Azərbaycanda hələ çoxu tərəfindən anlaşılmayan, lakin yaxın gələcəkdə hər birimizi əhatə edəcək bolqlaşmanın pionerləri olmamız idi.
Bu ideya ilə ilk olaraq Azeriblog.com saytının admini Fərhad Əsgərzadə çıxış etmişdir. O vaxtlar ideya yalnız Azeriblog istifadçiləri görüşünün keçirilməsindən ibarət olsa da, aparılan müzakirələrdən sonra görüşün formatı daha da böyüdü və bunu Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü adlandırmaq qərarına gəldik.
İRƏLİ İT Dept olaraq təyin olunan vaxtda Sahil bağına gəldik. Bir az gözlədikdən sonra Admin də gəldi, sonra Mayıs Musayev, sonra isə digər bloqqerlər. Bulvara getməyi qərara aldıq. Orada bizə BarCamp-dan Emin Hüseynzadə və Rəşad Mehbalıyev qoşuldular. İlkin tanışlıqdan sonra müzakirələr başladı. Dəyərli fikirlər səsləndi, təkliflər edildi. Hətta kiçik mübahisə belə yarandı. Amma bütün bunlar yaxşılığa doğrudur. İki saata yaxın çəkən görüşün sonunda iştirakçılar bir-birlərinin bloq ünvanlarını və əlaqə vasitələrini götürərək, yaxın zamanlarda bir daha görüşmək ümidi ilə ayrıldılar.
Mən də öz növbəmdə görüşdə iştirak edən 30-a yaxın bloqqerin hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Biz bir olanda daha güclüyük.
Yaxın vaxtlarda bir daha əlinizi sıxmaq ümidi ilə, hər kəsə uğurlar !
Azərbaycan bloqqerlərinin ilk qeyri-rəsmi görüşü fotolarda : (daha&helliip;)
Advertisements

Aprel 28, 2008 at 5:15 axşam 1 şərh


İRƏLİ IT Dept

"İRƏLİ" ÜGH IT Deptartamenti 2005-2008-ci illərdə fəaliyyət göstərmişdir.

Təqvim

Aprel 2008
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

İT Dept

İT - İRƏLİnin ən aktiv Departamenti

YAZILAR

Blog Stats

  • 4,942 hits