Archive for İyun, 2008
ALT+F4 AVT-ni bağladı

15 iyun. Bu gün İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının 8-26 İyun – Silahlı Qüvvələr gününə həsr edilmiş Futbol Çempionatının növbəti turunda İnformasiya Texnologiyaları Departamentinin ALT+F4 komandası Asudə vaxtın təşkili departamentinin AVT komandası ilə üz-üzə gəlmişdir. Olduqca maraqlı idman mübarizəsi şəraitində keçən görüş, gözlənildiyi kimi ALT+F4 komandasının 6:3 hesablı qələbəsi ilə başa çatmışdır. Rəqib komandanın qapısından topları Anar ( 3 qol ), Rövzət, Fərid Həsənov və Rauf Mərdiyev keçirmişlər.

Komandanın növəti oyunu ayın 18-i Xronika komandası ilə olacaqdır.
1 comment İyun 15, 2008
ALT+F4 4:8 Bravo
Keçən həftə ALT+F4 və Bravo komandaları üz-üzə gəldilər.ALT+F4 komandası gərgin keçən oyun nəticəsində 4:8 hesabı ilə məğlub oldu.Lakin onu demək yerinə düşərdiki əsas qələbə qazanmaq deyil,əsas əsil oyun göstərməkdir..
Add comment İyun 14, 2008
7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.
7 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnologiyaları departamentinin növbəti iclası keçirildi.
Bu iclas ilk əvvəl “Flash” treyninqlarının yekununun müzakirəsi ilə başladı.
Bildiyiniz kimi, bir neçə gün öncə İ.T. departamentinin təşəbbüsü ilə İrəli Ü.G.H-nın üzvləri üçün hazırlanmış və onlar tərəfindən böyük maraqla qarşılanmış “Flash” treyninqları uğurla keçirildi və başa çatdı.
Bundan əlavə departament yeni treyninqların hazırlanması və keçirilməsi barəsində də müzakirələr apardı.Bunlardan biri isə Dizayn klubunun təklifi ilə bağlı oldu.Belə ki, İ.T. departamenti Dizayn klubunun üzvlərinə “Photoshop” dərsləri keçməyi nəzərdə tutub. Bu treyninqların keçirilməsi isə avqust – sentyabr aylarına planlaşdırılır.
Sonda bildirmək istəyirik ki, İrəli Ü.G.H-nın daima tətildə olan digər departament və klublarından fərqli olaraq İ.T. il boyu yoğun iş qrafiki ilə çalışmışdır və bu istiqamətdə də fəaliyyətini davam etdirəcəkdir. Lakin imtahanlarla əlaqədar, departament rəsmi olaraq iyirmi günlük tətil elan etmək məcburiyyətindədir. Bu o, demək deyil ki, bizim fəaliyyətimiz dayandırılır, sadəcə olaraq bütün müzakirələr real iclaslarda deyil, virtual məkanada aparılacaq…
1 comment İyun 8, 2008
İRƏLİ FC / ALT+F4 Politexniki bağladı
İRƏLİ GH-ın iyunun 8-də start verəcəyi futbol çempionatına hazırlıq davam edir. Bu gün çempiontda İnformasiya Texnologiyaları Departamenti təmsil edəcək ALT+F4 komandası ilk yoldaşlıq görüşündə Politexnik Universitetinin yığma komandasını 20:3 hesabı ilə darmadağın etmişdir. Oyunda Fərid Həsənov 9, Qoşqar Hüseynov 2, Xəqani Fərəcov 2 dəfə fərqlənmiş. Ayın 8-i isə ALT+F4 -ü Bravo komandası ilə prinsipial görüş gözləyir.
5 comments İyun 5, 2008
IT Dept-in futbol komandası – ilk məşq
Bildiyimiz kimi İRƏLİ ÜGH daxili futbol çempionatına start vermişdir. Biz də IT Dept olaraq bu yarışmaya “Alt+F4″ adlı komandamızla qatılırıq. İlk məşqimiz isə 5 iyun 5-i saat 14:30-da Politexnik yığması ilə olacaq. 5 iyun 14:15-də komandanın üzvləri Emlər Akademiyası metro stansiyasının girişində olsunlar. Bütün arzu edənlər buyurub gələ bilər.
ALT+F4
Rauf Mərdiyev
Fərid Həsənov
Emil Həsənov
Qoşqar Hüseynov
Kamran İsmayılov
Rövzət Ocaqov
Xəqani Fərəcov
Add comment İyun 3, 2008
1 iyun tarixində İrəli ÜGH-nın tərkibindəki İnformasiya Texnologiyaları departamenti öz növbəti iclasını keçirtdi
1 iyun tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texmologiyaları departamenti öz növbəti, ənənəvi iclasını keçirtdi.
İclasda bir çox məsələlər müzakirə olundu.
İlk əvvəl iclas qarşıda gələn “Flash” treyninqlərinin müzakirəsi ilə başladı. Bildiyiniz kimi artıq yaxın günlərdə bu treyninqlərə start veriləcək.Treyninqlərdə iştirak edəcək olanların siyahısı hazırlanıb, İ.T departamentinin daimi üzvlərindən hazırlanmış treynerlərdən ibarət olan işçi qrupu da müəyyən olunmuşdur.
İkinci müzakirə olunan məsələ isə departamentin tərkibindəki struktur dəyişikliyi ilə bağlı oldu. Bildiyiniz kimi, İ.T. departamenti öz tərkibində stuktur dəyişikliyi etmişdi. Bununla əlaqədar departamentin üzvləri iki hissəyə bölünmüşdülər.Bu siyahıda olanların sayının artıb, azala biləcəyini əvvəldə qeyd etmişdik.Bu belə də oldu, 1 iyun tarixində həmin siyahıda dəyişiklik edildi. Belə ki, müvəqqəti üzvlər sırasında olan Kamran İsmayılov departamentin fəaliyyətində göstərdiyi aktivliyinə görə digər müvəqqəti üzvlərdən seçilərək daimi üzvlər sırasına daxil oldu.
Digər müzakirə olunan məsələ isə İ.T-nın futbol komandası ilə bağlı oldu. Biz əminik ki, İ.T. bu istiqamətdə də bir nömrə və birincilərdən olduğunu sübut edəcək…
Add comment İyun 2, 2008


