Archive for May, 2008
Bakıda ali təhsil ocaqlarının məzunları üçün əmək yarmarkası keçirilir
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş «Məzun-2008» əmək yarmarkası işə başlayıb.
Tədbirin açılış mərasimində çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev qeyd edib ki, əgər ötən ilki yarmarkada yalnız İqtisad Universitetinin məzunları iştirak edirdisə, artıq bu ilki əmək yarmarkasına 19 universitetin məzunları qatılıb: «Builki yarmarkada ölkənin 60-dan çox holdinq, şirkət və bankları, bir sıra nazirlik və dövlət idarələri 500-dən artıq vakant iş yeri təklifi ilə iştirak edir. Ümumilikdə respublikanın 24 ali məktəbindən 3 minə yaxın məzun «Məzun-2008» əmək yarmarkasında iştirak etmək üçün öncədən qeydiyyata alınıb».
Bundan başqa, builki yarmarkanın yeniliklərindən biri Naxçıvan Dövlət Universitetinin məzunlarının sözügedən əmək yarmarkasına İnternet vasitəsi ilə qatıla bilməsidir.
Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdənov isə bildirib ki, bu cür yarmarkalar Azərbaycan iqtisadiyyatının inkişafına yardım göstərir.
Add comment May 24, 2008
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti flash treninglərə start verdi.
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti
İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı İnformasiya Texnologiyaları departamenti “Kompyuter savadsızlığına YOX deyək!” layihəsi çərçivəsində “Flash” treyninqlərinə start verir. “Flash” treyninqlər XP, İnternetin əsasları, E-mail, Forum mədəniyyəti və Blogging sahələrini əhatə edəcək. Treyninqlərdə iştirak üçün 19-23 may tarixlərində qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan özünüz haqda aşağıdakı məlumatları eml7777@hotmail.com ünvanına göndərmək və ya ofisin elanlar lövhəsindən asılmış qeydiyyat vərəqəsini doldurmaqla keçmək olar:
-
Ad, soyad
-
E-mail
-
Təvəllüd
-
Universitet
-
Hərəkata qəbul tarixi
-
İştirak etmək istədiyi treyninq (XP, İnternetin əsasları, E-mail, Forum mədəniyyəti, Blogging)
(davamı…)
Add comment May 19, 2008
17 may tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnalogiyaları departamentinin növbəti iclası keçirildi.
17 may tarixində İrəli Ü.G.H-nın tərkibindəki İnformasiya Texnalogiyaları departamentinin növbəti iclası keçirildi. Bu iclas bir çox səbəblərdən qeyri-ənənəvi keçsə də İ.T. bir daha əsl komanda olduğunu sübut etdi.
İclas ilk əvvəl “Flash” treyninqlərinin müzakirəsi ilə başladı. Bildiyiniz kimi, yaxın günlərdə, yəni may ayının sonlarında artıq bu treyninqlərə start vermək planlaşdırılıb.
“Flash” treyninqləri haqqında artıq kifayət qədər məlumatınız olduğundan, təkrarçılığa yol verməmək üçün digər bir müzakirə olunan məsələyə keçid alaq.
İkinci müzakirə olunan məsələ isə futbolla bağlı oldu.
İrəli Ü.G.H-nın tərkibində fəaliyyət göstərən departamentlər və klublar arasında futbol çempionatı keçiriləcək. Bu çempionatda təbii ki, İ.T. departamenti olaraq öz sözümüzü deməyə hazırlaşırıq və bununla da bir daha komanda olduğumuzu sübut edəcəyik.
Digər müzakirə olunan məsələ isə İrəli T.V. ilə bağlı oldu. İrəli T.V. İ.T-nın öhtəliyinə verildiyindən, İrəli Ü.G.H-nın keçirtdiyi son tədbirlərlə bağlı bir neçə video material artıq departament üzvləri tərəfindən hazırlanmışdır. “Gül Bayramı”, “Barcamp Azərbaycanla İ.T. departamentinin birgə lahiyəsi”, “8 May- Şuşanın işğal günü” ilə bağlı hazırlanmış video materiallara ilkin bağış keçirildi. Yaxın günlərdə onların İrəli T.V-də yerləşdirilməsi nəzərdə tutulub.
Növbəti müzakirə olunan məsələ isə “Blogging” treyninqləri ilə bağlı oldu. Məlum olduğu kimi 13-14 may tarixində “Blogging” treyninqlərinin üçüncü hissəsi ADİU-da (yəni Narxozda) keçirilib,müvəffəqiyyətlə başa çatdırılmışdır. Bu hələ son deyil. Bir müddətlik, qısa aradan sonra “Blogging” treyninqlərinə yenidən start veriləcək.
Add comment May 17, 2008
İRƏLİ İT Dept-in növbəti iclası
3 may tarixində İRƏLİ İT Dept-in növbəti iclası keçirildi. İclasda əsas müzakirə olunan məsələlər Flash traininglərin hazırlanması, ADİU TGT-si üçün Blogging treyninqlərinin keçirilməsi, Dept-in müvəqqəti üzvləri sırasına qəbul, İRƏLİ TV ilə bağlı müzakirələr, 4 mayda keçiriləcək BarKamp seminarına hazırlıq və s. idi.
Add comment May 3, 2008
Bloqların Page Rankı artdı
May ayının əvvəlində AzNET bloglarının böyük əksəriyyətinin, xüsusilə Azeriblog istifadəçilərinin Google Page Rank göstəricisi +1 artıb. Rauf Mərdiyevin blogu olan www.raufray.wordpress.com -un rankı da +1 artaraq Azərbaycanda bloqlar arasında rekord həddə – 5 PR-a çatıb.
Bloqunuzun Rankının artması üçün onun gündəlik yenilənməsi və bloqunuza digər səhifələrdən daxil olmaya diqqət yetirməniz lazımdır.
Add comment May 2, 2008

