Archive for December, 2007
Yapon konstruktorları skripkaçı-robot təqdim ediblər
Toyota şirkətinin mütəxəssisləri Tokioda öz yeni işləmələrini, skripkada ifa etməyi bacaran robot təqdim ediblər. Mexanik musiqiçi səhnəyə çıxaraq İngilis bəstəkarı Eduard Elqarın əsərini ifa edib. Müşahidəçilərin sözlərinə görə robot, ifanı olduqca dəqiq və səliqəli, lakin bir qədər cansız yerinə yetirib.
Mütəxəssislərin əsas vəzifəsi ev işlərini görməyi və xəstələrə qulluq etməyi bacaran robotun hazırlanmasındın ibarətdir.
Add comment December 7, 2007
Simsiz rabitə haqqında
İrDA (İnfrared Direct Access) – məişət qurğularının simiz bağlantısını təmin etmək üçün XX əsrin 90-cı illərində istifadə edilməyə başlanmışdır. 1993-cü ildə yaradılmış İrDA (İnfrared Data Association) tərəfindən İrDA ümumi standartı işlənib hazırlanmışdır. Qurğularda yerləşən İrDA-port zahirən tünd (qara) şəffaf plastmassabənzər pəncərəyə oxşayır və onun arxasında svetodiod və fotodiod yerləşir. Rəqəmli siqnal bir qurğunun svetodioduna yönlənərək, infraqırmızı şüalanma halında digər qurğunun fotodioduna göndərilir. Verilənlərin göndərilmə sürəti məişət avadanlıqlarında 2,4 kbit/s-dən 115 kbit/s, kompüterlərin İrDA-portalı arasında isə 4 Mbit/s-ə qədər arta bilir. İrDA-port yalnız iki qurğunu birləşdirməyə imkan verir. Burada qurğular arasındakı məsafə 1 m-dən artıq, arada heç bir maneə və qurğuların biri-biri il yerləşmə mövqeyi 60°-dən artıq olmamalıdır.
Qeyd olunan məhdudiyyətlərlə yanaşı, İQ-rabitənin üstündəki də vardır. Belə ki, İrDA az elektrik enerjisi istifadə edir, radioqurğunun işinə maneə törətmir, insan sağlamlığına zərəri yoxdur və qiyməti münasibdir (ucuzdur).
Bluetooth – bu standart (təşkilat da həmçinin) Danimarka torpaqlarını birləşdirməklə məşhurlaşmış və «Mavi diş» ləqəbi almış Danimarka kralı II Heroldun şərəfinə belə adlandılırmışdır.
Bluetooth texnologiyası müxtəlif məişət qurğularını (mobil telefonları, fərdi kompüterləri və s.) bir-birləri ilə simsiz birləşdirir. İrDA-dan fərqli cəhəti isə radiodalğalar istifadə etməsidir.
Bluetooth qurğusu 2,4-2,48 QQs diapazonlarda işləyən qəbuledici/ötürücü kiçik çiplərdən ibarətdir. Bluetooth qurğusu eyni vaxtda 8-ə qədər qurğunu birləşdirmək imkanına malikdir. Maneələrə davamlılıq da standartın üstünlükləridir. Lakin bununla belə, Bluetoothdan müntəzəm istifadə edilməsi qurğuların elektrik enerjisi ilə yüklənməsi lazım gəlir.
Simsiz texnologiyaları:
| Standart | Bazara çıxma vaxtı | İşləmə prinsipi | Sürəti | İşləmə radiusu | Tezliyi |
| İrDA | 1994 | İnfraqırmızı şüalanma | 2,4-115 Kbit/s | 1 m-ə qədər | - |
|---|---|---|---|---|---|
| Bluetooth | 2000 | Radiorabitə | 420-720 Kbit/s | 10 m-ə qədər | 2,4 QQs |
| Wi-Fi | 2000 | Radiorabitə | 1-54 Mbit/s | 30-100 m | 2,4-5 QQs |
| WİMAX | 2005 | Radiorabitə | 70 Mbit/s-ə qədər | 50 km-ə qədər | 2-11 QQs |
Wi-Fi (Wireless Fidulity) və ya standart 802.11simsiz kompüter xətlərinin və internetə yüksəksürətli çıxış nöqtələrinin təşkil edilməsi üçün istifadə olunur. Wi-Fi xətləri fiksə olunmuş rabitə xəttinə qoşulmaqla kiçik baza stansiyası (daxilolma nöqtəsi və ya hot-spot) üzərində quraşdırılır. Bir nöqtəni əhatə etmə radiusu 100 m.-dir. Wi-Fi standartı ilə işləmək üçün noutbukun, smartfon və ya Wi-Fi-kartları ilə işləyən mobil kompüter və telefonun olması labüddür. Wi-Fi xəttində verilənlərin ötürülmə sürəti 54 Mbit/s-ə çatır.
Bu standartın mənfi tərəfləri ondan ibarətdir ki, təsir radiusu aşağıdır və maneə olduqda ötürülmə baş tutmur. Bu səbəbdəndir ki, bu texnologiya əsasən qapalı yerlərdə lokal xətlərin qurulması üçün istifadə edilir.
WİMAX (Worldwide Interoperability for Microwave Access) - Wi-Fi-ın bütün əsas problemlərini həll etmək üçün hazırlanmışdır. 2005-ci ildə istismara verilmişdir.
Simsiz rabitə üzrə 802.16-2004 WİMAX adı ilə tanınmışdır. Şəhər şəbəkəsi üçün işlənib hazırlanmışdır və baza stansiyalarının köməyi ilə 50 km məsafədən internetə çıxışı və s. Maneə yaratmır və verilənlərin ötürülmə sürəti 70 Mbit/s-ə çatır.
WİMAX-ın istifadəsi kütləvi hal aldığı üçün abunəçi qurğularının qiyməti də enməkdədir.
www.mincom.gov.az
Add comment December 6, 2007
Azərbaycanda rabitə sektorunun liderləri olan Azercell, CATEL, AzEuroTel, Ultel şirkətlərinin özəlləşdirilməsinə dair hazırlıq işləri başa çatır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin aparıcı rabitə müəssisələrinin özəlləşdirilməsinə dair aparılan hazırlıq işlərini müşahidə edir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun Fineko/abc.az-a verdiyi məlumata görə, hazırda özəlləşmənin müxtəlif növlərinə baxılır, lakin bu zaman, həm özəlləşmə prosesinin, həmdə müəssisənin özəlləşmədən sonra inkişafının effektivliyini təmin etmək lazımdır. «Özəlləşmə variantlarından biri Aztelekom və Bakı Telefon Rabitəsi istehsalat birliklərinin birləşməsi ola bilər. Bundan əlavə Azercell, CATEL, AzEuroTel, Ultel birgə müəssisələrində dövlətin iştirakının özəlləşməsi barədə təkliflər hazırlanır »,- deyə İ.Məmmədov qeyd edib. Sektor özəlləşmə üçün artıq 2001-ci ildən açıqdır. İndiyədək yalnız Bakcell şirkəti özəlləşib (5,1 milyon ABŞ dolları mədaxil).
Add comment December 6, 2007
Состоялся «круглый стол» на тему ИТ
Сабаильское районное управление молодежи и спорта совместно с молодежно-студенческой организацией Азербайджанского государственного экономического университета провело «круглый стол» на тему «Молодежь – современные информационные и коммуникационные технологии». Открывая «круглый стол», директор управления Вугар Мурсалов отметил усиление интереса молодежи к данной сфере и остановился на важности отслеживания всех новейших достижений с точки зрения развития нашей страны. Участвовавшие в мероприятии студенты расположенных на территории района вузов ознакомились с новыми материалами по ИТ, и задали многочисленные вопросы, на которые ответили специалисты АГЭУ. Принято решение проводить такие «круглые столы» и в других вузах. Сабаильское районное управление молодежи и спорта провело также волейбольные соревнования в рамках 20-й спартакиады школьников. Турнир с участием 10 школ завершился вчера, победителям планируется вручить дипломы и ценные подарки. Соревнования спартакиады по другим видам спорта продолжаются.
Add comment December 4, 2007
www.ireli.az/forum
İRƏLİ İT Departamenti www.ireli.az/forum -nu yeniləyir. Forumda bütün mövzular silinib və ən yaxın zamanda yenidən aktivləşdiriləcək.
Add comment December 4, 2007
